Bu gün böyük bir qeyri-müəyyənlik dövründəyik, o cümlədən beynəlxalq münasibətlərdə ciddi nəticələrə və uğursuzluqlara səbəb olan dövrdə yaşayırıq. Çoxsaylı imkanlar və çətinliklərlə qeyd olunan bütün irəliləyişlərə, nailiyyətlərə baxmayaraq, dünya hələ də çoxsaylı böhranlarla üzləşir. Böyük güc rəqabəti, müharibələr, təbii fəlakətlər buna nümunə ola bilər. Növbəti 25 il Asiya əsrini reallaşdırmaq, dinc bir Asiya yaratmaq üçün həlledici dövr olacaq.
“İki sahil” xəbər verir ki, bunu İndoneziya Nümayəndələr Palatasının sədri xanım Puan Maharani Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.
"Hazırkı dövr dünyanın çoxqütblülüyünün artması ilə xarakterizə olunur. Çoxqütblülük bütün ölkələr üçün daha həlledici fürsət verməlidir. Amma, eyni zamanda, bu, qeyri-sabitliyə də səbəb ola bilər. Böyük qeyri-müəyyənliyi azaltmaq üçün beynəlxalq hüquqa əsaslanan daha güclü çoxtərəfli yanaşmaya da ehtiyacımız var", - deyə Puan Maharani diqqətə çatdırıb.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır