19 fevral 2025 16:02
313

İnfarkt təhlükəsi: Əgər bu əlamətlər sizdə varsa...

Kanadanın Timmins və Rayon Xəstəxanasında (TADH) çalışan keçmiş təcili yardım həkimi Chris Loreto infarkt keçirən bir xəstəni müalicə edərkən öz ürəyinin təhlükədə olduğunu anlayıb. Loreto əvvəlki aylarda məşq zamanı tez-tez sinə ağrıları yaşasa da bu ağrıları ciddi qəbul etməyib. İstifadə etdiyi dərmanlar ona o qədər də kömək etməyib.

Xəstənin həyat yoldaşının dedikləri...

Noyabrın 12-də xokkey oyunu zamanı ağrıları güclənən Loreto bunu ciddi qəbul edib və ertəsi gün işə gedib. Həmin gün o, ağır bir  infarkt keçirən xəstəni müalicə edərkən həmin xəstənin həyat yoldaşı ilə danışarkən onda da oxşar simptomların olduğunu görüb. Müalicə etdiyi xəstə də mədə yanması dərmanları qəbul edirmiş. Bu zaman Loreto həqiqəti anlayıb.  "Onun hekayəsi mənim hekayəm idi" - deyən Loreto dərhal müayinələrdən keçib.  Qan analizləri və elektrokardioqramma nəticəsində onun da infarkt keçirdiyi məlum olub. Loreto hazırda tibbi məzuniyyətdədir və damarlarına stent yerləşdirməklə qan axınının bərpasını nəzərdə tutan reabilitasiya proqramını davam etdirir.

Ürək-damar xəstəlikləri hər il dünyada 18 milyona yaxın insanın ölümünə səbəb olur. Tibbdə miokard infarktı kimi bilinən bu xəstəlik, ürəyə qan axınının kəsildiyi və oksigenin ürək əzələsinə çata bilmədiyi zaman baş verir. Bu vəziyyət ürək əzələ hüceyrələrinin zədələnməsinə və hətta ölümünə səbəb ola bilər. İnfarkt riskini artıran faktorlara oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, siqaret və spirtli içkilərin istifadəsi daxildir. Bundan əlavə, genetik amil və havanın çirklənməsi kimi ətraf mühit faktorları da ürək sağlamlığına mənfi təsir göstərə bilər. Məsələn, həkim Loretonun atası da eyni yaşda infarkt keçirib.

Ürəkbulanma və nəfəs darlığı kimi əlamətlərinə diqqət yetirmək həyati əhəmiyyət daşıyır

Alimlər infarktdan qorunmağın yollarını və infarktdan sonra ürəyin necə sağalacağını araşdırmağa davam edirlər. Hətta infarktların hansı günlərdə daha çox baş verdiyinə dair bəzi nəticələr də var. Həkim Loreto qeyd edir ki, müntəzəm idman ürəyinizi gücləndirir və onu ciddi problemlərdən qorumağa kömək edir. Ancaq infarkt həmişə əvvəlcədən xəbərdarlıq etmir. Bəzən sinə ağrısı və ya çiyin ağrısı kimi simptomlar olmadan belə bu hal baş verə bilər. Buna görə ürəkbulanma və nəfəs darlığı kimi mümkün xəbərdarlıq əlamətlərinə diqqət yetirmək həyati əhəmiyyət daşıyır.

Loreto öz sağlamlığına etinasız yanaşdığını etiraf edib. 30 il Timmins və Rayon Xəstəxanasında təcili yardım otağında işlədikdən sonra, o, hazırda özünü "güllə keçirməz" kimi hiss etməyə başladığını və xəstələrinin sağlamlığına özündən daha çox əhəmiyyət verdiyini söyləyib: "Biz başqalarının qayğısına qalmaqda əlayıq, amma özümüzə qayğı göstərməkdə dəhşətik".

Vüsal Cahanov, “İki sahil”