19 fevral 2025 16:24
167

Oğlumun adını İlham qoymuşam, nəvəm olsun, onun da adını İlham qoyacağam - Ballıca sakini

Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.

“İki sahil” xəbər verir ki, görüş zamanı dövlət başçısı və sakinlər arasında maraqlı dialoq olub.

Ballıca sakinlərindən biri deyib: “Belə gözəl yerə bizə gətirdiyiniz üçün sizə nə qədər təşəkkür eləmək olar?! Mən oğlumun adını İlham qoymuşam. İnanın Allahdan arzu edirəm, bir nəvəm olsun, onun da adını İlham qoyacağam. Dünya tarixində belə bir şey yoxdur, 300 ildən çox, 500 ildən çox bir qarış torpaq geri qaytarılsın. Xalqımız Sizə nə qədər təşəkkür etsə azdır”.