Bir müddət əvvəl okeanın o tayında mühacir kimi məskunlaşan “Osmanqızı TV”nin sahibi Sevinc Osmanqızının “erməni xəstəliyi” getdikcə şiddətlənir. Ermənipərəst dairələrə qulbeçəlik edən, qərəzli qrant fondlarının əzik təəbəsinə çevrilən bu başabəla zurnalist bu günlərdə “Osmanqızı TV”nin qonağı olan keçmiş diplomat Arif Şahmarlı ilə birlikdə Azərbaycana qarşı yenə kin qusaraq, nifrət püskürərək dərin əxlaqi-mənəvi və psixoloji sarsıntılar içində çapaladığını bir daha büruzə verdi.
İkinci Qarabağ müharibəsindən sonra ermənidən çox ermənilik edərək Azərbaycana qarşı çirkin qarayaxma kampaniyası aparan S.Osmanqızı növbəti dəfə A.Şahmarlı ilə səs-səsə verərək, Ermənistanla bağlı əsl həqiqətləri təhrif edərək ölkəmizin əleyhinə əsassız ittihamlar səsləndirməklə əxlaqi-mənəvi deqradasiyaya məruz qaldıqlarını bir daha nümayiş etdirdilər. Bu ünsürlər elə danışırdılar ki, sanki Ermənistanı bu gün -sabah Avropa İttifaqında (Aİ) gül-çiçəklə qarşılayıb bu təşkilatın üzvlüyünə qəbul edəcəklər.
Təbii ki, bunlar Osmanqızının və Şahmarlının uydurmaları, daha doğrusu məsələ ilə bağlı manipulyasiya cəhdləridir. Ancaq ortadakı mənzərə tamamilə fərqlidir. Məsələn, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bildirib: “Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Albaniya, Şimali Makedoniya baş nazirləri və Aİ-nin genişlənmə üzrə komissarının da daxil olduğu Aİ-nin genişlənməsinə dair panel müzakirəni izlədim. Həmin 1-1,5 saatlıq müzakirə zamanı Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı heç nə deyilmədi. Hələ Paşinyanın “Aİ-yə üzvlüyün öncülü” kimi orada çıxış edənlər arasında olmamasından heç danışmıram. Əvəzində Qərbi Balkan ölkələrinin, Albaniya, Monteneqro, Serbiya, Moldova və Ukraynanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı qızğın müzakirələr aparıldı. Hətta Aİ-Gürcüstan gərginliyi fonunda Gürcüstanın adı çəkilsə də, Ermənistanla bağlı bir kəlmə də olmadı, eyham vurulmadı. Hətta onu rəsmi şəkildə qarşılamadılar”.
“Qəribə deyilmi, Aİ-yə üzvlük layihəsini qəbul edən ölkənin adı çəklimir? deyən Abramyan qeyd edib ki, İrəvanın bütün səylərinə baxmayaraq, Avropa İttifaqından bu istiqamətdə heç bir cavab almır.
Türkiyəli politoloq Mehmet Perinçek məsələ ilə bağlı bildirib ki, bu proses zamanı Qərb Aİ-yə daxil olmaq üçün İrəvanın qarşısında yeni şərtlər qoyacaq və bu yolla Ermənistanın suverenliyini məhv edəcək: “Onlar Ermənistanın gücünə tam nəzarət edəcəklər. Bu, Ermənistanın tamamilə suverensizləşdirilməsi prosesidir. Həm də təkcə Paşinyan iqtidarı üçün deyil, erməni xalqı üçün böyük tələdir. Bu proses Ermənistanı qonşularından təcrid vəziyyətinə salacaq. Çünki o, digər ittifaqlardan-iqtisadi və ya hərbi ittifaqlardan uzaqlaşmalı olacaq”.
Ermənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabında İrəvandan Avropa İttifaqı ölkələrinə aviasərnişin daşımalarının 2018-ci ildən etibarən 400 faiz artması barədə yazdığı fikirləri Rusiya KİV-ləri ölkənin “Aİ-yə daxil olmaq üçün yeni arqument” adlandırıblar. Halbuki mətbuatın yazdığına görə, bu göstərici əsasən Moskvadan transfer üçün “Zvartnots” hava limanından istifadə edən rusların hesabına artıb. Məlum olduğu kimi, Rusiyadan Avropa ölkələrinə birbaşa aviareyslər dayandırılıb.
Mənəviyyatı çürük A.Şahmarlının son zamanlarda Hayastanın çiçəklənən ölkəyə çevrilməsini iddia etməsi, eləcə də Ermənistanla Rusiya arasında ticarət dövriyyəsindəki artımın 15 milyard dollara yüksəlməsini Hayastanın iqtisadi inkişafı ilə bağlaması, əsl gerçəklilkəri bilərəkdən təhrif etməsi isə riyakarlığın pik nöqtsədir. Əslində keşmiş diplomat özü də yaxşı bilir ki, 2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artım müşahidə edilməyə başlanıb. Həşəmətli “diplomat” onu da bilməmiş deyil ki, ötən müddətdə Avropa İttifaqı və ABŞ tərəfindən Rusiya Federasiyasına tətbiq edilən sanksiya paketinin əhatə dairəsi genişləndikcə, Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsinin dəfələrlə yüksəlməsi mötəbər beynəlxalq hesabatlarda xüsusi vurğulanıb.
Bunlar əsl gerçəkliklərdir. Erməni lobbisi ilə sinxron işbirliyində olan qərəzli qrant fondlarının əzik təəbəsinə çevrilən S.Osmanqızı ilə xəyanətkarlıq və namərdlik mücəssiməsi olan həşəmətli “diplomat” A.Şahmarlının cəfəngiyyatları isə ağ yalanlarla qara niyyətləri ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Düşünürsən ki, insan nə qədər məniviyyatsız olar ki, öz ölkəsinə qarşı alçaqcasına mübarizə aparar, bu qədər xəyanət yolu tutar?
Zahid Rza, “İki sahil”