20 fevral 2025 14:56
206

BANM ilə Ankara Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnzibati – təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev və Tədbirlərin və sərgilərin təşkili şöbəsinin rəisi Sahib Kazımov Türkiyəyə səfər ediblər.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Ankara Universitetinin Mühəndislik fakültəsi nəzdində fəaliyyət göstərən Geologiya  mühəndisliyi kafedrası, Yer Elmləri üzrə Araşdırma və Tətbiq Mərkəzində olublar.

BANM nümayəndələri rektor Prof. Dr. Necdet Ünüvar və prorektor Yusuf Kağan Kadıoğlu ilə görüşərək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Qarşılıqlı potensial əməkdaşlıq istiqamətləri dəyərləndirilib.