20 fevral 2025 15:25
195

BANM tələbəsi ölkə birincisi oldu

Magistraturaya qəbul imtahanlarında ÖLKƏ BİRİNCİSİ - Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Fidan Babayeva oldu.

“İki sahil” xəbər verir ki, Fidan 93 bal toplayaraq  (essesiz) (95 üzərindən) möhtəşəm nəticə göstərib.

Bundan başqa, Fidan BANM-da son imtahan sessiyasında ortalama 100 üzərindən 99 bal nəticə göstərib.

Fidan həm də, SOCAR Gənc İstedadlar Proqramının iştirakçısıdır.

İstedadlı tələbəmizi ürəkdən təbrik edirik!