20 fevral 2025 17:50
205

Bir qədəh içən qocalmaz: Gəncliyin sirri onda gizlidir

Qəhvə tez-tez və həvəslə qəbul  edilən içkilərdən biridir. Yeni araşdırma, qəhvə qəbulunun üz dərisinin gec yaşlanmasına səbəb olduğunu təsdiqləyib. Qəhvədəki antioksidantlar dərinin elastikliyini və nəmini yaxşılaşdırır, qırışları və digər yaşlanma əlamətlərini gecikdirir. 

"Journal of Cosmetic Dermatology" jurnalında dərc edilən araşdırma hər kəsi təəccübləndirib. Belə ki, 16 mindən çox avropalının qəbul etdiyi dörd içki müqayisə edilib. Nəticədə qəhvənin yaşlanmanı yavaşlatdığı aşkar edilib.

Tədqiqatçılar qəhvənin antioksidan xüsusiyyətlərinin oksidləşdirici stress və iltihabla mübarizə apara biləcəyini müəyyən ediblər. Qovrulmuş qəhvənin tərkibindəki polifenollar dərinin elastikliyini və nəmliliyini yaxşılaşdırır. Qovrulmuş qəhvənin növü də vacibdir, çünki polifenollar istiliyə həssasdır.

Daha açıq qovrulmuş qəhvələr tünd qovrulmuş qəhvələrdən daha güclüdür, çünki qovurma zamanı yüksək temperatura uzun müddət məruz qalmaq polifenolları məhv edə bilər. "Espresso" tərkibindəki polifenol baxımından daha faydalı ola bilər.

Fidan Fərmanlı,
Bakı Slavyan Universitetinin tələbəsi