21 fevral 2025 02:25
171

Mikroplastiklərə görə xəstəliklər yarana bilər?

Bəzi xəstəliklər bədəndəki mikroplastiklərdən qaynaqlana bilər. Lakin bu kiçik hissəciklərin hansı təsirlərə səbəb olduğunu anlamaq çətindir. Bu barədə Rusiyanın A.P.Qumilyov adına İnsan Morfologiyası Elmi-Tədqiqat İnstitutunun İltihab İmmunomorfologiyası Laboratoriyasının baş elmi işçisi Natalia Zolotova “Rossiya 24” telekanalına məlumat verib.

Mütəxəssis qeyd edib ki, plastikin təsiri asta-asta üzə çıxır, fəsadları da yavaş-yavaş inkişaf edir. Hər hansı bir xəstəliyin yaranması üçün aylar, hətta illər lazımdır.

"Bir insanda plastikdən əlavə bir çox başqa faktorlar da işləyir. Ona görə də baş verən fəsadların hansının mikroplastiklərin təsirləri, hansının başqa faktorlar tərəfindən törədildiyini müəyyən etmək çox çətindir. Bundan başqa, insan orqanizmində mikroplastikləri təyin etmək üçün normal üsullar mövcud deyil", - baş elmi işçi vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”