21 fevral 2025 01:24
170

Qalxanabənzər vəzi qlobal çirklənmədən insanı qoruyur?

Qalxanvari vəzi bədənimizdəki demək olar ki, bütün proseslərə təsir göstərir. Əhval-ruhiyyə, performans, bədən çəkisi və s. bu vəzin təsiri altındadır. Rusiyalı gerontoloq Svetlana Trofimova ona necə qulluq etməklə bağlı danışıb.

Televiziya sağlamlıq ekspertinin sözlərinə görə, qalxanabənzər vəzinin normal işləməsi üçün ilk növbədə yod və selen lazımdır. Yod dəniz duzunda olur və ya yodlaşdırma prosesində xörək duzuna əlavə edilir. O, həmçinin balıq, dəniz məhsulları, dəniz yosunu və sahil meyvələrində - xurma və feyxoada olur.

Mal əti qaraciyəri, yumurta sarısı və qoz-fındıq isə seleniumla zəngindir.

Nubar Süleymanova, “İki sahil”