21 fevral 2025 10:00
128

Qaya Məmmədov ATƏT-in Baş katibi ilə görüşüb

Azərbaycan Milli Məclisinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov Vyanada ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Azərbaycan-ATƏT əməkdaşlığını müzakirə edib.

“İki sahil” xəbər verir ki, görüş çərçivəsində Qaya Məmmədov Feridun Sinirlioğlunu Baş katib vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Məlumata görə, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəylinin də iştirak etdiyi görüşdə Azərbaycan-ATƏT əməkdaşlığı ilə yanaşı, Avropa təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.