21 fevral 2025 10:23
139

Əsrin faciəsi-Xocalı!

 Mən hardayam, qadir allah, hardayam?

İçim zülmət, çölüm zülmət, dardayam.

Ətrafımda yalquzaqlar ulaşır,

Hara qədəm qoyuramsa, ayağım

Ölənlərin qanlarına bulaşır...

      VƏTƏN OĞLU, iki əsrdən artıqdır ki, Rus imperiyasının ağuşuna atılmış erməni daşnak faşistləri varlığımıza qənim kəsilmişlər. Yaşamaq haqqımızı belə əlimizdən almlşlar. Bizi-Azərbaycan türklərini erməni-daşnak faşizminin erməni adıyla ifadə olunan, erməni barbarlığının, erməni vandalizminin, erməni vəhşətinin günahsız qurbanlarına çevrilmişlər. Rus imperiyasının himayəsi  və havadarlığı  altında  misli görünməmiş qəddarlıqla etnik təmizləmə siyasəti aparır, qətl törədir, ulu əcdadlarımızın min illər boyu uyuduqları tarixi torpaqlarımızı işğal edirlər. Azərbaycan türklərinə qarşı yeridilən soyqırım siyasətinin tarixi əsrləri əhatə edir. Bədnam, dənizdən-dənizə erməni dövləti qurmaq arzularını həyata keçirirlər. Utopik, uydurma “Böyük Ermənistan” xülyasını mərhələ-mərhələ gerçəkləşdirirlər. Onlar bu gün də Azərbaycan torpaqlarını qəsb etmək, etnik təmizləmə və qətliam siyasətlərini davam etdirməkdən əl çəkmirlər. Neçə illərdi ki, Vətənimizin  döyünən  ürəyi  olan Qarabağ torpaqlarını işğal altında saxlayırlar. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulub, onların ərazisində başqa ölkələrdən köçürqülmüş ermənilər məskunlaşdırılıb. Bu gün minlərlə vətəndaşımız Azərbaycan xalqının milli faciəsinin daşıyıcısı-dünya tarixində analoqu olmayan erməni-daşnaq faşizminin XX əsrdə həyata keçirdiyi azərbaycanlıların əzəli torpaqlarından qovulması, etnik təmizləmə və soyqrımı siyasətinin qurbanına çevrilməyə məruz qalmışdır. Bəşər sivilizasiyasında insanların kütləvi qətliamı ilə tarixə yazılan soyqırım çox olub. Xatın, Xirosima, Naqasaki, Uqanda... Amma onların içərisində Xocalı soyqırımı dəhşəti və qəddarlığı ilə fərqlənir. Öz miqyasına və dəhşətlərinə görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Yaxın tariximizin faciəli səhifələrindən biri Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olmuşdur. Çox təəssüflər olsun ki, Xocalı şəhəri  tarixə Xocalı faciəsi kimi düşdü. Bu hadisə XX əsrin ən dəhşətli faciələrindəndir. Görünməmiş növbənöv amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə Xocalıda törədilən faciə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə ortaya qoydu. Xocalı faciəsi dünyanın qətl və qəddarlıq simvoludur. Bu il dəhşətli gecədən 25 il keçir. Bütün Azərbaycan xalqı bu faciəni ürək ağrısıyla öz qəlbində yaşadır. Hər bir azərbaycanlının qəlbində bu faciə XX əsrin faciəsinə çevrilib. ABŞ-ın “The Middletown Press qəzeti: II Dünya müharibəsindən sonra Xocalı soyqırımını Avropada ən ağır cinayət hesab etmək olar. Çünki XX əsrdə Xocalı üç dəfə-1905-1906, 1918-1920 və 1992-ci ilin fevralında ermənilər tərəfindən yandırılıb.              

      1992-ci ilin fevralına kimi Xocalı 7 min əhali yaşayırdı. Neçə aylarla ermənilərin həmlələrinə, hücumlarına mərdliklə dözmüşdü. Sabiq SSRİ Silahlı Qüvvələrinin 366-cı alaylarının müdaxiləsi olmasaydı ermənilər bu miqyasda hücuma cəsarətlənməzdi, belə bir faciə törədə bilməzdi. Erməni yaraqlıları xocalılara Xankəndi şəhərində yerləşdirilmiş sovet silahlı qüvvələrinin 366-cı motoatıcı alayının köməkliyi ilə divan tutmuşlar. Bu alay 4-cü ordunun 23-cü diviziyasdının tərkibinə daxil idi, 1985-ci ildə Gəncədən Xankəndinə  köçürülmüşdür. Ştat cədvəlində 1800 qulluqçu  nəzərdə tutulsa da, 1992-ci ilin fevralına burada 630 nəfər, o cümlədən 129 zabit və gizir (49 nəfər erməni idi) vardı 1991-ci ilin yazında alaya podpolkovnik Yuri Zarviqorov təyin edilmişdi (Bu faktlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mətbuat xidmətinin məlumatlarına əsasən götürülüb). Erməni silahlı dəstələrinin Xocalıya hücumu şəhərin mühüm strateji əhəmiyyət kəsb edən coğrafi mövqeyi şərtləndirildi. 7 min nəfər əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran-Xankəndi yollarının üstündə yerləşir. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalı faciəsi təsadüfi hadisə deyildi.  Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Soydaşlarımız tarixi torpaqlarından  didərgin salınmış, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953 cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunararaq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı doğma ata-baba yurdlarından qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.

  Olmuşlara illər sonra baxdıqda görürük ki, şəhər dörd tərəfdən əhatələndikdən sonra artilleriya və ağır texnikalardan davamlı güclü atəş açılıb. Az sonra ermənilər qəfil hücuma keçib. Müdafiənin mümkünsüzlüyünü duyan əhali evlərini tərk etməyə məcbur olub. Səhər saat 6 radələrində şəhər işğal olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi bir neçə saat ərzində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyublar. 8 ailə  tamamilə məhv edilmiş, 24 uşaq  hər iki valideynini, 130 uşaq valideyinin birini itirib. 487 nəfər şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. Ermənilərin əlindən salamat qurtaranların çoxusu soyuqdan donub. Xocalıda 1275 qoca, uşaq, qadın əsir götürülmüşdü. Onların xeyli hissəsi geri qaytarıldı, əsirlərlə dəyişdirildi.  Amma məlumatlarda bildirilir ki,onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.  Bu soyqırımdı. Bu soyqırımda həlak olanlar  xalımızın milli azadlıqları yolunda apardıqları mübarizənin qurbanları, şəhidləridir. Erməni hərbiçiləri amansızcasına öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, dinc sakinləri diri-diri torpağa basdırmış və yandırmışlar. Meyitlər üzərində insanlığa xas olmayan təhqiramiz hərəkətlər edilmişdir.  Azərbaycan xalqına qarşı misli görünməmiş, tükürpədici  bu soyqırımı, kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarlarının Azərbaycan dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət idi.  Onlar xalqımza qarşı sözün əsl mənasında genosid planını həyata keçirdilər.  (Qədim Yunan dilində olan “genos”-nəsil, kök, soy mənasını verən sözlə, latın dilində “öldürürəm” mənasını “caedo” sözlərinin birləşməsi nəticəsində yaranan və beynəlxalq hüquqda istifadə edilən “genosid” termini-Azərbaycan dilində “soyqırım” mənasını verir) aktını törətmişlər. Xocalı soyqırımı zamanı yüzlərlə soydaşlarımızın həyatına son qoyuldu. Bütöv bir şəhər məhv edildi. Günahsız insanlar ağır işgəncələrə məruz qalaraq isti ocaqlarından didərgin düşdülər. Azərbaycanın əzəli torpaqları düşmən tapdağı altında qaldı. Amma faciənin acı fəsadları bununla bitmədi: Xocalı  soyqırımı Xocalıdan sonrakı xocalıların da taleyini dəyişdi, onların yaddaşı kimi  sonrakı həyatlarında da dərin izlər buraxdı. Xocalı adlı vətən dərdi dünyaya göz açan körpələrin  köksündə közü ilə bərabər boy atdı. Bir çox milli faciələrimiz kimi, Xocalı  soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi ümummillilider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 26 fevral-“Xocalı soyqqırımı günü haqqında” xüsusi qərar qəbul etmişdir. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanır. Böyük Öndər in 1997-ci il 25 fevral   tarixi Sərəncamına  əsasən, hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1996-cı ildə xocalılarla görüşən ümummillilider Heydər Əliyev bu facəsinin tarixin ən qanlı səhifələrindən biri olduğunu qeyd etmişdir. Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəyə çevirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının təfərrüfatlarının dünya içtimaiyyətinə  çatdırılması istiqamətində də böyük qətiyyət nümayiş etdirir. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmış, bu abidə Prezident İlham Əliyevin qayğısı ilə yenidən qurulmuşdur. Dövlətimizin başçısı hər il fevralın 26-da dövlət və hökumət nümayəndələri ilə birgə həmin abidənin önünə gəlir, soyqırmı qurbanlarının xatirəsi yad edir.  Prezident İlham Əliyev 2012-ci yanvarın 17-də soyqırımın 20-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” xüsusi Sərəncam imzalamışdır. Heydər Əliyev fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya  çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir. Fondun bu mövzuda çox sayda nəşrləri, filmləri demək olar ki, dünyanın bütün ölkələrinə çatdırılmışdır. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı soyqırımının tanınması barədə qətnamə, Kolumbiya Senatı da Xocalı faciəsinin xalqımıza qarşı soyqırımı olduğunu qəbul etmişdir. Elə həmin ildə Türkiyə Böyük Millət Məclisinin Xarici işlər Kommissiyasında Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı keçirilən toplantıda bəyanat qəbul olunmuşdur. ABŞ-ın Texas ştatının Nümayəndələr Palatası da Xocalı qətliamının 20-ci ildönümü ilə qətnamə qəbul etmişdir. Bu qətnamə Texas qanunvericilərinin Xocalı soyqırımını il bağlı qəbul etdiyi ikinci sənəd idi. İlk sənəd isə 2011-ci ildə qəbul edilmişdir.  ABŞ-ın Massaçusets və Corciya ştatları da Xocalı soyqırımı ilə bağlı Ermənistanı ittiham edən müvafiq sənədləri qəbul etmişlər. Bundan başqa ABŞ-yaşayan azərbaycanlılar 2013-cü il yanvarın 25-də etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə Ağ evin rəsmi veb-səhifəsində “Biz xalqıq” bölməsində petisiya yerləşdirmişlər. Az vaxtda petisiya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atmışdır. Rumıniya Parlamenti Deputatlar Palatasındakı Demokratik Liberal Partiyasının Parlament Qrupu da “Dağlıq Qarabağ münaqişəsi”nə dair siyasi bəyanət qəbul etmişdir. Ötən illərdə Çex Respublikasının Parlamenti də Xocalı soyqırımını rəsmən tanımışdır. Bununla da, Çex Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət olmuşdur. Honduras Milli Konqresi də Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul etmişdir. Cari ildə Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında 53 dövlətin parlament nümayəndələri də Xocalı faciəsinin soyqırımı kimi tanınmasında həmrəylik ifadə etmişlər. Xocalı soyqırımından 25 il keçir. Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda tam hüquqi qiymət verilməmişdir. Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi sənədlərdə XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə Ermənistanın təcavüzkar siyasətinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı kimi ağır cinayətə görə siyasi-hüquqi məsuliyyətin birbaşa Ermənistanın zamankı və indikirəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşdüyü qeyd olunur. Prezident İlham Əliyevin bu məsələdəki qətiyyətli, bu istiqamətdə gördüyü işlər əminliklə deməyə əsas verir ki, nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı mğövqeyini dəstəkləyəcəkdir. Erməni vandallarına, terorçularına və soyqırımı yürüdənlərə qarşı ən təsirli mübarizə üsullarından biri tarixi həqiqətlərini üzə çıxarmaq, bu dəlil, bu sübutları bütün dünyaya geniş səviyyədə çatdırmaqdır.  Xocalı soyqırımı haqqında neçə-neçə əsərlər yazılıb, yazılacaq da. Ermənistanın işğalı, erməni terrorçularının əməlləri  beynəlxalq qanunlara əsasən soyqırım xarakterlidir və cinayətkarlar cəzasız qalmamalıdırlar. Xocalı tarixə  artıq şəhid şəhər kimi daxil olunub. Bu şəhər həmişə yad edilməlidir. Od  içində odlara qalanan bu şəhərin faciəsinə dünya içtimaiyyəti, siyasətçiləri və beynəlxalq təşkilatlar göz yummamalıdırlar. Təəssüf ki, özlərini sivil ölkələrin demokratik sakinləri adlandıranlar onun düzgün siyasi qiymətini verməlidilər.

Bu gün Qarabağı geri qaytarmaq Azərbaycan varlığını, onun ərazi bütövlüyünü, torpaqlarımızın toxunulmazlığını bərpa etmək, Azərbaycan dövlətçiliyinə əbədiyyət qazandırmaq, Azərbaycanda separatizmin kökünü kəsmək haqqımızı kimsə əlimizdən ala bilməz. “Qarabağsız Azərbaycan yoxdur!” deyənlər haqq yolundadır. Sarsılmaz Azərbaycan dövlətçiliyinin keşiyindədirlər. Qarabağ uğrunda mübarizəmiz öz  həllini tapmayınca mənəvi yaralarımızın sağalacağından, fiziki şikəstliyimizin aradan qalxacağından hər hansı bir şəkildə danışmaq olmaz. Nə qədər erməni-daşnaq faşizmi var, onun ideyalarını yaradanlar mövcuddur, nə dinclik, nə sülh bizə qismət olmayacaqdır.

VƏTƏN OĞLU, Qarabağ bu gün bizim üçün Tanrı sınağı, qeyrət rəmzidir. Qarabağ bizim yaşam pasportumuzdur. Qarabağsız Azərbaycan ruhsuz candır. Bu gün Qarabağ milli qeyrət, milli mənlik, milli özünüdərk, olum-ölüm yolu, gələcək nəsillər qarşısında məsuliyyət hissi deməkdir. Qarabağı unutsan, bu gününlə, sabahınla, varlığınla, həyatınla vidalaşmalı olacaqsan.  Bu gün səni məhv etməyi, varlığını tarix səhnəsindən  silməyi qarşısına məqsəd qoymuş erməni-daşnaq faşizmi ilə üz-üzəsən. Qarabağ uğrunda mübarizə aparmalısan. Bu mübarizə sənin yaşamaq haqqın, həyat sevincindir. Qan yaddaşını oyat! Tarixdən ibrət dərsi götürməyənləri tarix özü cəzalandırır!

Xanım Kərimova,
257 saylı tam orta məktəbin Azərbaycan dili - Ədəbiyyat müəlliməsi