22 fevral 2025 01:27
125

Yaponiya 2030-cu ilə qədər...

Yaponiya 2030-cu ilə qədər kağız dərsliklərdən rəqəmsal dərsliklərə keçməyi planlaşdırır. Bu barədə “The Japan News” məlumat yayıb. Nəşrin məlumatına görə, dərsliklər pulsuz olacaq və kağızdan olanlarla eyni məzmunu ehtiva edəcək.

Onlara planşet, noutbuk və ya oxşar cihazlarda baxmaq olar. Bununla belə, kağız versiyaları qadağan edilməyəcək.

"Hazırda onlar məcburi deyil, istifadə oluna bilən alternativ tədris vəsaitləri kimi nəzərdən keçirilir", - jurnalistlər qeyd ediblər.

 Eyni zamanda, ilkin olaraq yuxarı sinif şagirdlərinin rəqəmsal dərsliklərə keçirilməsi nəzərdə tutulur.

Müəllimlərin təxminən 40%-i bu ideyanın özünə şübhə ilə yanaşırlar.

Onlar hesab edirlər ki, çoxları bu cihazlardan dərslərdə başqa məqsədlər üçün istifadə edəcəklər.

Nubar Süleymanova, “İki sahil”