22 fevral 2025 00:13
127

Dörd yarımkürədə yerləşən yeganə ölkə

Kiribati Sakit Okeanın mərkəzi hissəsində, 3,5 milyon kvadratkilometr okeana yayılmış 33 atoldan (halqavari adalar) və rif adalarından ibarət ada dövlətidir. Kiribatidə cəmi 130 minə yaxın insan yaşayır.

Kiçik bir yer

Geniş dəniz ərazisinə baxmayaraq, Kiribatinin ümumi quru ərazisi cəmi 811 kvadratkilometr təşkil edir ki, bu da onu dünyanın ən kiçik ölkələrindən birinə çevirir.

Adalar milyonlarla il əvvəl vulkanik fəaliyyət nəticəsində yaranmışdır. Okeanda onlarla vulkan püskürdükcə kül və maqma yataqları soyudu və adaların ümumi formasını yaratdı. Lakin zaman vulkanların içəriyə doğru çökməsinə və dəniz səviyyəsinin altına batmasına səbəb oldu, mərcan isə yuxarıya doğru böyüməyə davam etdi.

Ölkənin adaları üç qrupa bölünür: Gilbert adaları, Line adaları və Feniks adaları. Atolların hamısı ekvatorun və Beynəlxalq Tarix Xəttinin qovuşduğu əraziyə yayılmışdır ki, bu da onu dünyanın dörd yarımkürəsində mövcud olan yeganə ölkə edir.

Beynəlxalq Tarix Xətti

Beynəlxalq Tarix Xətti - Qərb və şərq yarımkürələrini ayıran və eyni zamanda bir təqvim gününü digərindən ayıran xətt - Kiribati xalqını yarıya bölmək üçün də istifadə olunur.

Kiribati 1979-cu il iyulun 12-də müstəqillik qazanmazdan əvvəl Birləşmiş Krallığın müstəmləkəsi idi. Müstəqillikdən əvvəl o, Gilbert və Ellis Adaları Koloniyası kimi tanınırdı.

Dil

Kiribatinin rəsmi dilləri gilbertis (həmçinin I-Kiribati kimi tanınır) və ingilis dilidir. Gilbertis dilində yerli dialekt kimi geniş danışılır, ingilis dili isə hökumət və təhsildə istifadə olunur.

Valyuta

Kiribati Respublikası ərazisinə və məhdud resurslarına görə dünyanın ən az inkişaf etmiş ölkələrindən biri hesab olunur. Ölkənin rəsmi valyutası 1943-cü ildən istifadə olunan Avstraliya dollarıdır.

Nubar Süleymanova, “İki sahil”