Kuba prezidenti Miqel Dias-Kanel cümə günü Havananın Kotorro bələdiyyəsində ölkənin ilk günəş enerjisi parkının açılışını edib.
“İki sahil” xəbər verir ki, bu barədə Kuba prezidenti "X" sosial şəbəkəsində yazıb.
"Biz bu gün bir il ərzində bütün ölkə üzrə hazır olacaq və birlikdə 1000 MVt-dan çox [enerji] təmin edəcək günəş fotoelektrik parklarının birincisini açmaqdan çox məmnunuq", - deyə o bildirib.
O qeyd edib ki, son aylarda böyük nasazlıqlara məruz qalan milli elektrik şəbəkəsinin bərpası prioritet məsələdir və bu, ən təhlükəsiz yollardan biridir.
Kuba prezident administrasiyasının sosial mediada yazıb ki, söhbət Kotorroda yerləşən “Tibb Məktəbi” adlı parkdan gedir. Bildirilib ki, onun tikintisində 20-dən çox şirkət iştirak edib və işə salınan zaman o, 21 MVt gücü nümayiş etdirib.