22 fevral 2025 19:25
158

Ağsu RQİİ-nin nümunəvi əməkdaşları təltif edildi

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov İsmayıllı Xidmət Sahəsində olub.

Şirkətdən “İki sahil”ə verilən məlumata görə, səfər çərçivəsində Birlik rəhbəri bir qrup əməkdaşla görüşərək onların iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktora görüşə gələn əməkdaşların ay ərzində əldə etdikləri nailiyyətlər və görülən işlər haqqında ətraflı məlumat verilib.

Daha sonra Ağsu Regional qaz istismarı İdarəsinin 14 nəfər əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.