Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilib. Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 3 mərkəzdə keçirilən olimpiadada ümumilikdə 1296 şagird iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
O bildirib ki, respublika fənn olimpiadalarının yarımfinal mərhələsi riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənnləri daxil olmaqla, 7 fənn üzrə keçirilib.
Qeyd edək ki, respublika fənn olimpiadalarının təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.