23 fevral 2025 16:14
114

NİİM: Svetoforlarda yarana biləcək texniki problemlər dərhal həll edilir

Svetoforlar və onların idarəetmə qurğuları diqqətdə saxlanılır, yarana biləcək texniki problemlər dərhal həll edilir.

İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Qeyd edilib ki, hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar və texniki heyətin sayı artırılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”