Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə Bakı Təşəbbüs Qrupunun (BTQ) rəhbərliyi arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə iştirakçılara təşkilatın fəaliyyəti, məqsəd və istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.
Eyni zamanda, son iki il ərzində təşkilatın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələr barədə videoçarx nümayiş olunub.
BTQ-nin rəhbəri Abbas Abbasov son vaxtlar təşkilatın saytına və social şəbəkə profillərinə kütləvi kiber hücumlar olduğunu, xarici müdaxilələrin həddindən artıq artdığını bildirib. Bu xüsusda, xarici müdaxilələri əks etdirən və real faktlar əsasında hazırlanmış video jurnalistlərə təqdim edilib.
Görüşdə, həmçinin Fransa rəsmilərinin və bu ölkənin media qurumlarının Azərbaycan və BTQ əleyhinə məqsədli şəkildə səsləndirdiyi qərəzli və qeyri-obyektiv tezislərə cavablar verilib. A. Abbasov bildirib ki, elə xarici jurnalistlərin səfərinin təşkil edilməsinin məqsədlərindən birinin bu qərəzli ittihamların həqiqəti əks etdirmədiyini əyani sübut etmək olduğunu çatdırıb.
Qeyd edək ki, 12 xarici media nümayəndəsi səfər çərçivəsində çoxsaylı görüşlər keçirəcək və kommunikasiya sahəsində xüsusi təlimlərə cəlb ediləcəklər.