24 fevral 2025 18:22
90

Xocalı ruhumuzun şəhəridir...

Tarix yaşanılmış aylardır, illərdir. Yaşanılmış aylar, illər dövlətlə, dövlətçiliklə, xalqla bağlı­dır­sa, heç zaman unudulmur. Qürurla yaşanılanlar da, qəhər yaşadanlar da. 1990-cı ilin 20 yan­va­rında rus imperiyası Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq üçün böyük faciə törətdi. Unu­dul­mayacaq. 1991-ci ilin 18 oktyabrında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi haq­qın­da Konstitusiya Aktı qəbul olundu. Unudulmayacaq! Azərbaycana qarşı elan etmədən işğal­çı­lıq müharibəsinə başlayan Ermənistan dislokasiya yeri Xankəndi olan 366-cı alayın iştirakı ilə Xocalı şəhərində soyqırım həddində faciə törətdi. Unudulmayacaq...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev demişdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yö­nəl­dilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tari­xində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xo­calı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqı­rı­mıdır – vəhşiliyin görünməmiş təzahürüdür".

Xocalı şəhərləşirdi, əhalisi artırdı. Xocalı Erməniliyin Qarabağda siyasi istinadgahı olan Əsgərana, Xankəndinə yaxın idi. Ona görə də belə bir yaşayış məntəqəsində belə bir faciə törət­miş­di. O qış gecəsində Bakıdan da, yaxın rayonlarımızdan da Xocalıya heç bir hərbi yardım gös­tə­rilmədi. O gecə Xocalı dünyanın qurtaran yeri idi elə bil. Erməni silahlı birləşmələrinin, 366-cı alayın hücuma cəlb olunmuş şəxsi heyətinin odlara qala­dığı şəhərdə camaat qarda-şaxtada yollara tökü­lüş­dü, üzü Ağdama yol aldı. Neçə yerdə pusquya düşdülər, onları izləyən ermənilərin əlindən can qurtara bilməyənlər güllələndi, əsir alındı.

O gecə 613 nəfər öldürüldü, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i  qoca idi. 8 ailə tamamilə məhv edilmişdi, 56 nəfər diri-diri yandırılmışdı. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlu­mat yoxdur.

Ulu Öndər Heydər Əliyev demişdi: “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı ta­rixi bir cinayətdir”. 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərən­ca­mı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə eh­tiram kimi sükut dəqiqəsi elan edilmişdir.

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlan­mış­dır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İn­­­doneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Bu tanınma qətliamın etirafıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası 2008-ci ildə başlayıb. Bu kampa­ni­ya bir çox ölkələrdə səmərəli, məqsədyönlü fəaliyyət göstərir. Kampaniyanın fəaliyyətini 100 minlərlə insan 115 təşkilat dəstək­lə­yir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konf­rans­lar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Justice for Khojaly informasiya portalı Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır.

Xocalı faciəsi haqqında xarici jurnalistlərin yazdıqalrı da nə vaxtsa bu faciəyə görə başlayacaq beynəlxalq məhkəmədə fakt kimi səsləndiriləcək: “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələ­miş­lər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar” (Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il), “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır” (Tayms qə­ze­ti (London), 4 mart 1992-ci il), ...

İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanan ordumuz 2023-cü il sentyabrın 20-də Əs­gə­ranı da, Xocalını da, Xankəndini də işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri uğurla davam etdirilir.

2024-cü il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı şəhə­rin­də Xocalı Soyqırımı Memorialının təməlini qoydu, 2024-cü il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurma işləri ilə tanış oldu. Qurulan Xo­ca­lıya əhali köçürüldü…

Xocalı faciəsindən 33 il ötür…

Xocalının işğaldan azad edilməsindən 2 il keçir…

Nə faciə günü unudulacaq, nə də işğaldan azad edilmə günü. Xocalı ruhumuzun şəhəridir...

Səbinə Xasayeva,

Millli Məclisin deputatı