Rusiyalı televiziya həkimi Aleksandr Myasnikov 80 və 100 yaşa qədər yaşamağınıza nəyin kömək edəcəyi ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, düzgün qidalanma, pis vərdişlərin olmaması, intensiv fiziki fəaliyyət və xroniki xəstəliklərlə mübarizə 80-85 yaşa qədər yaşamağa və aktiv qalmağa kömək edəcək. Ancaq təəssüf ki, bütün bunlar 100 ilə qədər həyata zəmanət vermir.
Paradoksal olaraq, bir çox uzunömürlülər əslində özlərinə həddən artıq rahatlıq verirlər: siqaret çəkirlər, içirlər və çox yeyirlər. Məsələ burasındadır ki, 85-dən sonra uzunömürlülük yalnız 20% həyat tərzindən, 20% tibbi məsələlərdən, lakin bütövlükdə 60% genetikadan asılıdır. “Əgər ailənizdə uzunömürlülər varsa, deməli sizin də 100 ilə qədər yaşamaq şansınız var”, -deyə mütəxəssis bildirib.
Nubar Süleymanova, “İki sahil”