Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığının xarici işlər nazirinin müavini Şeyx Xəlifə Əli İssa Al Harti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və Oman arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın iqtisadi-ticarət, enerji təhlükəsizliyi, turizm, təhsil, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşdə Azərbaycan-Oman münasibətlərinin inkişafında ikitərəfli təmasların, keçirilən siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd edib. Omanda səfirliyimizin təsis olunmasının əlaqələrimizin inkişafına təkan verdiyi bildirilib.
Ölkəmizin yaşıl enerji, nəqliyyat və kommunikasiyalar sahələri üzrə təşəbbüslərindən ətraflı bəhs olunub, bu istiqamətdə mümkün birgə layihələr üzrə imkanlar nəzərdən keçirilib.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi və COP29 zamanı əldə olunmuş nəticələr məmnunluqla qeyd olunub, ölkəmizlə Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan və Oman Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Oman tərəfindən isə nazir müavini Şeyx Xəlifə Əli İssa Al Harti başçılıq edib.
Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir
Şuşa Qlobal Media Forumu çərçisində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB
Rusiya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb