24 fevral 2025 23:09
87

“Qalatasaray” öz meydanında “Fənərbağça” ilə heç-heçə edib - FOTO

Futbol üzrə Türkiyə Superliqasında XXV tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, turun bağlanış oyununda "Qalatasaray" öz meydanında "Fənərbağça"nı qəbul edib. Görüş qolsuz heç-heçə ilə nəticələnib.

Matçı sloveniyalı tanınmış hakim Slavko Vinçiç idarə edib.

Bu nəticədən sonra "Qalatasaray" 64 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" isə 58 xalla 2-ci pillədə qərarlaşıb.