25 fevral 2025 08:23
447

Cənubi Koreyada avtomobil yolu çöküb, ölənlər və yaralılar var

Cənubi Koreyada tikilməkdə olan avtomobil yolunun çökməsi nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Hadisə Çhonan şəhərində baş verib. Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.