26 fevral 2025 02:28
96

Hər ağrı xəstəliyə çevrilmir

Artroz yaşla bir çox insanı narahat edir. Ən çox oynaq xəstəliklərinin inkişafı səbəblərini rusiyalı mütəxəssislər “Rossiya1” telekanalında yayımlanan sağlamlıq verilişində açıqlayıblar.

Həkimlərin fikrincə, oynaq ağrısının bir çox səbəbi var - depressiyadan menopauza, dəmir və D vitamini çatışmazlığından qalxanabənzər vəzdəki problemlərə qədər. Ancaq hər ağrı xəstəliyə çevrilmir.

“Ciddi oynaq problemlərinə, xüsusən də osteoartritə əsasən genetik meyil, fərdi oynaq həndəsəsi, oynaqların zədələnməsi, piylənmə, artıq çəki, həddindən artıq fiziki fəaliyyət və oturaq həyat tərzi səbəb ola bilər”, - deyə mütəxəsisslər bildiriblər.

Nubar Süleymanova, “İki sahil”