25 fevral 2025 19:06
99

Polşa səfirliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar başsağlığı verib

Polşa səfirliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik sosial şəbəkələrdəki səhifələrində müvafiq paylaşım edib.

"Bu gün biz azərbaycanlılarla birlikdə 1992-ci ildə Xocalıda həlak olanları yad edirik. Xocalıda ailə üzvlərini, dostlarını və evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk", - bəyanatda bildirilib.