Qrip virusu bu il xüsusilə məkrlidir. Bəzi insanlarda cəmi 24 saat ərzində həyati təhlükəsi olan pnevmoniyaya səbəb ola bilər. Bəs bunun qarşısını necə almaq olar?
Rusiyalı mütəxəssislər qriplə bağlı həyəcan təbili çalmaq anının nə vaxt olduğunu açıqlayıblar. Əgər 5 gündən çox üşütmə, tərləmə, kəskin əzələ və oynaq ağrıları, ümumi sağlamlığın kəskin pisləşməsi və nəfəs darlığı ilə müşayiət olunan yüksək hərarətiniz varsa, öskürəyin xarakteri dəyişibsə, iştah azalıbsa - bunlar hamısı təhlükənin qırmızı bayraqlarıdır və həkimə müraciət etmək üçün bir səbəbdir. Xüsusilə diabet, hipertoniya, piylənmə və digər risk faktorları varsa drəhal həkimə müraciət edilməlidir.
Yoluxmamaq və xəstələnməmək üçün virus yükünü azaltmaq lazımdır. Müəyyən dərəcədə maskalar onu azaldır, lakin ümumiyyətlə, interferonlar yaxşı təsir göstərir. “Xüsusilə, interferon alfa-2b həm profilaktik tədbir kimi, həm də xəstəliyin ilkin mərhələsində müalicə kimi tövsiyə olunur”,-deyə mütəxəssislər bildiriblər.
Nubar Süleymanova, “İki sahil”