26 fevral 2025 00:58
89

Makronun “eşşəyi öldü”…

Zaman gələcək o, Azərbaycandan üzr istəyəcək

ABŞ-ın yeni Prezidenti Donald Trampın komandası Avropanı bir sıra məsələlərdə günahlandırıb. Məsələn, insan hüquqlarının müdafiə olunmaması, haqsızların haqlı çıxarılması, dövlətlərin daxili işlərinə qarışılması, təzyiq göstərilməsi və s. Okeanın o tayından göndərilən mesajlar Avropa ölkələrində hegemonluq iddiasında olan bəzi şəxsləri sanki yuxudan oyadıb. Onlar indiyədək nə etdiklərinin fərqinə varmağa başlayıblar. İndiyədək yalnız “öz mahnılarını çalanlar artıq valı dəyişirlər”. Belələri uzaqlaşdıqları həqiqətə doğru addım atmağa məcbur qalıblar. Təpki o qədər güclü olub ki, hətta qatı ermənipərəst, Fransanın ədəbaz prezidenti Emmanuel Makron belə “yumşalıb”.

Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin Qarabağla bağlı sözləri hay cəmiyyətində böyük rezonans doğurub. Bu açıqlama həm də müxtəlif ekspertlər, politoloqlar və siyasi şərhçilər tərəfindən etirazla qarşılanıb. Səfir Ermənistanın hələ 1991-ci ildə Alma-Ata Bəyannaməsinə imza atmaqla Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib. Dekotini ərazinin Sovet Azərbaycanına məxsus olduğunu da qeyd edib. Aydın məsələdir ki, “Həmişə Ermənistanın yanındayıq” deyən prezident Makronun elçisi bu sözləri təsadüfi deyə bilməz. Səfir Dekotini dövlətin başçısının İrəvandakı sözçüsüdür, yəni Prezident Makrondan xəbərsiz müstəqil fikir söyləyə bilməz. Bəzən səfirlər fənd işlədərək hər hansı bir fikir səsləndirir və dərhal bunun dövlətin möveyi olmadığını da qeyd edirlər. Lakin Dekotini bunun öz mövqeyi olduğunu demir. Səfirin bu çıxışı erməniləri qəzəbləndirib. Ona cavab verməyə tələsiblər.

İrəvandan verilən xəbərlərdə deyilir ki, “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan səfirin paylaşımının həqiqəti əks etdirmədiyini deyib. Təbii ki, Tevanyan həmişə yaxşılıq edənlərə düşmən kəsilən əsl erməni sifətini Fransa səfirinə də göstərib. Tevanyan Dekotininin 30 il əvvəlki siyasi proseslərdən xəbərsiz olduğunu söyləyib: “Səfirin ya Alma-Atadan əvvəlki və sonrakı proseslərdən xəbəri yoxdur, ya da özünü elə göstərir. Əgər Qarabağ o Bəyannamə ilə 1991-ci ildə Azərbaycanın tərkib hissəsi kimi tanınıbsa, o zaman 44 günlük müharibədən əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri 30 il nə ilə bağlı danışıqlar aparırdılar? Həmin həmsədrlərdən biri Fransa özü idi. Həqiqət budur ki, baş nazir Nikol Paşinyan Qarabağı 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ABŞ-ın o zamankı rəhbəri Cozef Baydenin himayəsində Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıdı. Xarici qüvvələr sadəcə Rusiya sülhməramlılarının nə yolla olursa-olsun Qarabağdan çıxarılmasına çalışırdılar. Ermənilərin başına nələr gələcəyi isə heç kimə maraqlı deyildi.

Makron ermənilərin yaşadıqlarına görə şəxsən günahkar olduğunu bilir və özünü təmizə çıxarmaq üçün ölkəmizdəki səfirinə belə sözlər deməsini tapşırıb. Fransa Prezidenti və digərləri etdiklərinə görə cavab verməlidirlər. Onların hamısı Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra cəsədə çevirildilər”.

Bu da iddialı ermənilərin daim yanlarında olan Emmanuel Makrona göstərdikləri “sayğı.” İndi də Makronu hədələyirlər. Əlbəttə, bunların hər ikisi bir bezin qırağıdır. Qoy itin dişi, tülkünün dərisi olsun. Bizdən aralıda nə qədər istəyirlər boğuşsunlar. Ancaq insafsızlıq, qədirbilməzlik bu qədər olmaz. Ermənilər sözün əsl mənasında kafirlər kafiridir, desək səhv olmaz. Yer kürəsində ikinci belə izaholunmaz varlıq yoxdur. Onlar dosta xəyanət etməyi çox sevirlər. Çünki dünyanın ən qədim peşəsi, oğurluq, satqınlıq, yaltaqlıq, dönüklük onlara malik olduqları genlə gəlir. Yəni, anadangəlmə qanla, sümüklə gələn bu mərəzlər onlarla bərabər torpağa gömülür. Fransa ermənilərə silah-sursatdan tutmuş humanitar yardıma qədər hər şey göndərib. Ancaq bir cümləni həzm etməyən naşükür hay yığnağı sadiq dostunun elçisinə həqarət etdi, neçə illik yaxşılıqlarını yerə vurdu.

Barbar haylar üçün Azərbaycana düşmən münasibətdə olanlar peşmançılıq hissləri ilə bir-bir haqqın yoluna qayıdacaq, ölkəmizlə əməkdaşlıq etməyə çalışacaqlar. Dostunu düzgün seçə bilməyənlər sonda Rusiyanın, Fransanın və digərlərinin taleyini yaşamalı olacaqlar. Zaman gələcək ki, Fransa rəhbərləri Azərbaycandan üzr istəyəcək, əməkdaşlığa cəhd edəcəklər. Əqrəb ömrü keçirən haylar isə əvvəl yaxınlarını, sonra da bir-birlərini zəhərləyib öldürməklə bu dünyadan yoxa çıxaracaqlar. Haylar artıq bu “işə” başlayıblar. Haqq etdikləri də elə budur.

Vəli İlyasov, “İki sahil”