Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ”Xocalı faciəsi bizim qan yaddaşımızdır” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi Rayon təşkilatının rəhbərliyi, Xocalıdan olan şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinə baxış keçirilib.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Xocalı Faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ədəbi-bədii kompazisiya ilə çıxış ediblər.
Tədbirdə Xocalı sakinləri ilə görüş təşkil olunub. Sonda Xocalı sakinləri ilə xatirə şəkili çəkilib və RİH tərəfindən hazırlanmış ərzaq bağlamaları verilimişdir.