25 fevral 2025 20:03
103

TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının 12-ci iclası keçirilib

Fevralın 25-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının “Enerji təhlükəsizliyi iqtisadiyyatın dayanıqlı inkişafının amili kimi” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.

“İki sahil” xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, iclasda Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı, İqtisadi əməkdaşlıq komissiyasının üzvü Ağalar Vəliyev təmsil edib. Deputat çıxışı zamanı Milli Məclis tərəfindən enerji sahəsinin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq məqsədyönlü işlərin aparıldığından danışıb, ölkədə keçirilən mühüm tədbirlərdən bəhs edib.

Sonra komissiya iclasının əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə qərarları, habelə komissiya çərçivəsində hazırlanmış “İqtisadi fəaliyyətdə təmiz enerji haqqında” model qanun layihəsi müzakirə edilərək təsdiq edilib.

Sonda komissiyanın növbəti iclasının gündəliyi, mövzusu və tarixi müəyyənləşdirilib.