Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev beynəlxalq təşkilatın Sivilizasiyalar Alyansının ali nümayəndəsi, baş katibin müavini Migel Anxel Moratinosla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə BMT baş katibinin müavini “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Tofiq Musayevi Azərbaycanın BMT yanında yeni Daimi Nümayəndəsi kimi səfərdə qəbul etməkdən çox məmnunam. Biz mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə yönəlmiş təşəbbüslər üzrə davam edən əməkdaşlığımızı müzakirə etdik", - BMT nümayəndəsi qeyd edib.
Rusiya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək
Şuşa Qlobal Media Forumu: Yeni çağırışların, dünya gündəminin müzakirəsi üçün nüfuzlu platforma
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb