Sabah Azərbaycanın polis və hərbi məktəblərində təlim keçmək üçün Qvineya-Bisaudan ilk heyət gələcək.
“İki sahil” xəbər verir ki, bu barədə Qvineya-Bisaunun Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
O, hələ Sovet İttifaqı vaxtlarında bir çox texniki heyət üzvlərinin Azərbaycanda təhsil aldığını xatırladıb:
"Sabah ilk heyətimiz buraya polis və hərbi məktəblərdə təlim üçün gələcək. Bu, bizim üçün çox vacibdir. Bu gün biz bu əlaqələri yeniləmək üçün buradayıq".
Umaru Sisoku Embalo deyib ki, Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir:
"Bizim amallarımız ümumidir. Bir sıra vacib məsələlər üzrə əminlik var. BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik, həmin iki təşkilatın üzvüyük".
Ceyhun Bayramov: TDT-yə BMT BA-da müşahidəçi statusunun verilməsi üçün diplomatik səyləri artırmalıyıq
Bu gün Azərbaycanın əsas üstünlüklərindən biri öz informasiya imkanlarını gücləndirməsidir