El arasında belə bir deyim var ki, bazar ertəsi çətin gündür. Bunu hamı eşidib. Bu yazıda etibar edilə bilən Britaniya alimlərindən bazar ertəsi haqqında daha 10 maraqlı faktla tanış ola bilərsiniz:
İnsanların çoxu bazar ertəsi saat 11:16-ya qədər gülümsəmir.
Bazar ertəsi gününə nifrət hissini aradan qaldırmağın ən yaxşı yolu televizora baxmaq, onlayn alış-veriş etmək, şokolad və ya kosmetika almaq və tətil planlaşdırmaq hesab olunur.
İnsanların 50%-i bazar ertəsi işə gecikir.
Bazar ertəsindən şikayət etmək üçün insanların çoxuna cəmi 12 dəqiqə lazımdır.
Bazar ertəsi sindromundan ən çox 45-54 yaş arası insanlar əziyyət çəkir.
Bazar ertəsi işçilər cəmi 3,5 saat məhsuldar qalırlar.
Bazar ertəsi infarkt qurbanlarının sayı 20% daha artıqdır.
Bazar ertəsi adətən həftənin ən az yağışlı günü olur.
Və müsbət bir şey: bazar ertəsi avtomobil almaq üçün ən yaxşı gün hesab olunur, çünki əksər satışlar həftə sonları edilir və satıcılar bazar ertəsi uğurlu satışlara daha az güvənirlər və nəticədə endirim etməyə daha çox hazır olurlar.
Nubar Süleymanova, “İki sahil”