04 mart 2025 09:14
240

Bakıda 31 yaşlı sərnişin yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Nizami rayonunda 31 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Quliyev Vasif Asif oğlu xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Report"