SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) və “Veysəloğlu Şirkətlər Qrupu” arasında anlaşma memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, memorandumu BANM-ın rektoru Elmar Qasımov və “Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçisi Aydın Talıbov imzalayıblar.
Məqsəd tələbələrin karyera imkanlarını genişləndirmək və onların praktiki biliklərini artırmaqdır. Tədbirdə 3500 yeni iş yerinin açıldığı və iqtisadi inkişaf naminə əməkdaşlığın inkişafı vurğulanıb.
Tədbir çərçivəsində Aydın Talıbov tələbələrlə görüşərək onların suallarını cavablandırıb, şirkətdə mövcud iş imkanları və təcrübə proqramları haqqında ətraflı məlumat verib.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib