Aydın Nəsirzadə - İnformasiya texnologiyaları kafedrasının müəllimi 2014-cü ildə 690 balla BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub.
“İki sahil” xəbər verir ki, o, Prezident təqaüdçüsüdür.
2019-cu ildə Milan Politexnik Universitetinin Automation and Control Engineering ixtisasının magistratura pilləsinə qəbul olub.
Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən Gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi proqramının qalibidir.
Daha sonra Vətənə qayıdıb və ölkəsində xidmət etməyə başlayıb.
2022-ci ildə etibarən İnformasiya texnologiyaları kafedrasının müəllimi vəzifəsində çalışır.
“TEKNOFEST 2024”də 3, İNFOTECH-2024 Beynəlxalq elmi konfransında isə 2 komandanın rəhbəri olub.
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Qarabağın dirçəlişi - ekolayihə mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsində elmi rəhbərlik edib, tələbəsi II yerə layiq görülüb.
Hazırda BANM-da doktorantura tələbəsidir.