"Meta" şirkəti, bu ildən bəzi köhnə telefon modellərində WhatsApp-ın istifadəsini dayandıracağını açıqlayıb.
Bu haqda "AS.com" saytı məlumat yayıb.
Bu qərar, köhnə cihazların yenilənmiş xüsusiyyətləri dəstəkləyə bilməməsi ilə əlaqədardır. Təsirlənən modellər arasında Samsung Galaxy S3, Galaxy Note 2, Motorola Moto G (1-ci nəsil), HTC One X və LG Optimus G kimi cihazlar var.
Mələk Şixməmmədova,
BSU-nun tələbəsi