05 mart 2025 16:45
634

Masallıda “Qadın müqəddəs varlıqdır” mövzusunda görüş keçirilib

Martın 5-də YAP Masallı rayon təşkilatı aparatında “Qadın müqəddəs varlıqdır” mövzusunda fəal qadınlarla görüş keçirilib.

“İki sahil” xəbər verir ki, Əvvəlcə Ulu Öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Azərbaycan qadınlarının keçdiyi şərəfli inkişaf yolundan danışmış, ulu öndər Heydər Əliyevin qadınların inkişafına və təhsilinə daim xüsusi önəm verdiyini, ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini diqqətə çatdırmışdır.

Seyfəddin Əliyev qeyd etmişdir ki, bu gün Azərbaycan dövlətinin qadınlara verdiyi dəyəri, qayğını hər birimiz hiss edirik. Bu gün Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir.

Görüşdə iştirak edən Dilarə Hüseynova, Nigar Kərimova, Gülyanaq Ağayeva və başqaları çıxış edərək Azərbaycan qadınının keçdiyi şərəfli yoldan bəhs ediblər. Bildirilib ki, müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.

Görüşün sonunda partiya həyatında fərqlənənlərə YAP Masallı rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.