Astrologiya mütəxəssisləri bildirir ki, bürclərin xüsusiyyətləri insanların sağlamlıq problemlərinə təsir edə bilər.
Bununla bağlı "Astro.com" saytının hazırladığı materialı təqdim edirik:
Qoç (21 mart – 19 aprel)
Qoçlar enerjili və impulsiv olduğuna görə, baş ağrıları, yüksək təzyiq və streslə bağlı problemlər yaşaya bilər. Daim aktiv olduqları üçün zədələnmələrə də meyillidirlər.
Buğa (20 aprel – 20 may)
Buğalar yeməyə olan sevgisinə görə artıq çəki və maddələr mübadiləsi problemləri ilə üzləşə bilər. Həmçinin, boğaz və qalxanvari vəz xəstəliklərinə diqqət yetirməlidirlər.
Əkizlər (21 may – 20 iyun)
Həddindən artıq düşünən və hərəkətli olan Əkizlər sinir sistemi və nəfəs yolları xəstəliklərinə daha çox meyillidir. Bronxit və stress səbəbli yuxusuzluq da onları narahat edə bilər.
Xərçəng (21 iyun – 22 iyul)
Həssas və emosional Xərçənglər mədə problemlərinə və həzm sistemi xəstəliklərinə daha çox rast gələ bilər. Qastrit və ülser riskinə qarşı diqqətli olmalıdırlar.
Şir (23 iyul – 22 avqust)
Şirlər ürək və qan-damar sistemi xəstəliklərinə meyillidir. Yüksək təzyiq və ürək-damar problemlərindən qorunmaq üçün sağlam həyat tərzi sürməlidirlər.
Qız (23 avqust – 22 sentyabr)
Qızlar həddindən artıq detallara fikir verdiklərinə görə, həzm problemləri, xüsusilə bağırsaq narahatlıqları ilə üzləşə bilər. Stress mədə-bağırsaq sisteminə mənfi təsir edə bilər.
Tərəzi (23 sentyabr – 22 oktyabr)
Tərəzilər böyrəklər və sidik sistemi ilə bağlı problemlərlə qarşılaşa bilər. Orqanizmlərində su balansını qorumağa və zərərli içkilərdən uzaq durmağa çalışmalıdırlar.
Əqrəb (23 oktyabr – 21 noyabr)
Əqrəblər reproduktiv sistem və hormonal problemlərə daha çox meyillidirlər. Həmçinin, immun sistemlərinə diqqət yetirmələri vacibdir.
Oxatan (22 noyabr – 21 dekabr)
Oxatanlar aktiv və macərapərəst olduqları üçün sümüklər və oynaq problemlərinə daha çox rast gələ bilərlər. Onurğa və revmatizmlə bağlı narahatlıqlar ola bilər.
Oğlaq (22 dekabr – 19 yanvar)
Oğlaqların ən həssas nöqtəsi sümükləri və dəriləridir. Osteoporoz və oynaq problemlərindən qorunmaq üçün düzgün qidalanmaya və idmana önəm verməlidirlər.
Dolça (20 yanvar – 18 fevral)
Dolçalar qan dövranı və damar problemləri ilə üzləşə bilər. Həmçinin, ayaq və varikoz problemlərinə qarşı diqqətli olmalıdırlar.
Balıqlar (19 fevral – 20 mart)
Həssas və emosional Balıqlar depressiya və immun sistem zəifliyi kimi problemlərlə qarşılaşa bilər. Stressdən uzaq durmaq və sağlam həyat tərzi sürmək vacibdir.
Mələk Şixməmmədova,
Bakı Slavyan Universitetinin tələbəsi