Qalayçılıq, bəşər tarixinin ən qədim sənətlərindən biridir. Mis qabların ömrünü uzatmaq və sağlam istifadəsini təmin etmək məqsədilə tətbiq edilən bu sənət, nəsildən-nəslə ötürülən ustalıq tələb edib.
"Atlantis Kütüphanesi" xəbər verir ki, Osmanlı dövründə gildiya sistemi sayəsində böyük hörmət qazanan qalayçılar, bu mühüm xidməti şəhərdən-şəhərə gəzərək həyata keçiriblər.
Bu gün, ənənəvi qalayçılıq sənətinin sənaye istehsalı ilə azalmasına baxmayaraq, əl işlərinə və köhnə sənətkarlığa maraq yenidən artıb. Qalayçılıq, köhnə çəkic zərbələri, buxarlanan sobalar və ustaların mahir əllərində yaşamağa davam edir. Bu qədim sənət, müasir dövrdə yenidən dəyər qazanaraq, həm yerli sənətkarlıq mədəniyyətini qoruyur, həm də unudulmaz bir miras kimi gələcəyə ötürülür.
Fidan Fərmanlı,
BSU-nun tələbəsi