07 mart 2025 10:28
259

Qadın siyasəti yüksəliş dövrünü yaşayır

Azərbaycan qadını müasir dövrümüzün ictimai-siyasi həyatında mühüm rol oynayır. Qanunverciliyə görə, zərif cinsin nümayəndələrinin hüquqlarının qorunması onların fəaliyyət sahələrinin genişləndirilməsi tam təmin olunub. Bu gün qadınların təhsil, səhiyyə və iş həyatında fəaliyyətləri ilə bağlı problemlər yoxdur. Bütün bunlar təbii ki, yürüdülən məqsədyönlü siyasətin nəticəsidir. Şərqdə ilk dəfə olaraq qadına səsvermək hüququ verilən Azərbaycanda ötən dövr ərzində qadınların bərabər hüquqlara malik olması ilə nəticələnib. Azərbaycan hökuməti, qadınların iqtisadi və sosial inkişafını dəstəkləyən proqramlar həyata keçirir, onlara təhsil və iş yerlərində daha çox imkanlar təqdim edir.

1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsi dövlətimiz öz qadın vətəndaşlarının problemlərinə biganə olmadığını bir daha təsdiq edir. Azərbaycan Qadınlarının Qurultaylarının keçirilməsi, qadınların özlərini ifadə etməklə yanaşı mövcud problemlərin həllində də mühüm rol oynayır.

Bu gün Azərbaycanda qadın siyasəti yüksəliş dövrünü yaşayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də öncül ölkələrdən biridir. Dövlət idarəetməsində qadınların irəli çəkilməsi, hökumət və özəl sahələrdə çalışan qadınların sayının artması dövlət siyasətinin nəticəsidir.

Hümanist, qayğıkeş və nüfuzlu qadın obrazının təcəssümünə çevrilmiş Mehriban xanım Əliyeva dövlətimizin və dövlətçiliyimizin inkişafında misilsiz işlər görür. Mehriban Əliyeva, ölkə mədəniyyətini, sosial inkişafını və beynəlxalq əlaqələrini möhkəmləndirməklə yanaşı, qadınların təhsili, sağlamlığı və sosial rifahı sahəsindəki layihələrə imza atması qadın hərəkatının bünövrəsini təşkil edir.

Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı