Bəzi hallrda diyet içkilər sağlam alternativ içki kimi təqdim olunur. Lakin Yale Universitetinin apardığı yeni araşdırma göstərir ki, bu içkilərdəki süni şirinləşdiricilər orqanizmin metabolizmasına mənfi təsir edə bilər. Bu haqda "Yale News" məlumat yayıb. Alimlər bildirirlər ki, bu maddələr beynin şəkərə verdiyi reaksiyanı aldadır və insulin ifrazını pozaraq diabet riskini artırır.
Süni şirinləşdiricilər orqanizmi necə aldadır?
Tədqiqatçılar süni şirinləşdiricilərin dad reseptorları vasitəsilə beyinə yanlış siqnallar göndərdiyini aşkar ediblər. Normal şəkər istehlak edildikdə, orqanizm buna uyğun insulin ifraz edir və qan şəkəri səviyyəsini tənzimləyir. Lakin süni şirinləşdiricilər real şəkər olmadığı üçün orqanizmin bu mexanizmi düzgün işləməyə bilər.
Yale Universitetinin alimləri bildirirlər ki, süni şirinləşdiricilər tam təhlükəsiz hesab olunmur və onların uzunmüddətli təsiri hələ tam öyrənilməyib. Mütəxəssislər bu içkilərin istehlakını məhdudlaşdırmağı və daha təbii alternativlərə üstünlük verməyi tövsiyə edirlər.
Mələk Şixməmmədova,
BSU-nun tələbəsi