Dünyada 8 mart Beynalxalq Qadınlar Günü kimi qeyd olunur. Bu bayramın əsası 1857-ci ildə ABŞ-nin Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda, pis iş şəraitinə etiraz olaraq tətil etməsi ilə qoyulub. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıdıb. Daha sonra 1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və sülh" adlı nümayiş keçiriblər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlanıb.
Bu gün dünyada yaşayan bütün qadınlarının cəmyətdəki rolunu onların hüquqlarının qorunmasının əhəmiyyətini göstərən bir gündür. Bu gün təkcə qadınların gücünü, əzmkarlığını göstərmək üçün deyil, həmçinin qadınların qarşıladığı çətinlikləri gündəmə gətirir. Bəs bu bayram hansı hadisədən sonra qeyd olunmağa başladı?
Beynalxalq Qadınlar Günü əslində qadınların kişilərlə bərarbər hüquqlu olmağı uğrunda apardıqları mübarizənin simvoludur. Qadın kimdir və dünyada qadının rolu nədir? Qadın sadəcə ana, bacı deyil, həmçinin alim, siyasətçi, həkim və iş qadını kimi cəmiyyətimizdə nüfuzlu mövqe tutur. Qadının yeri dünyada əvəzolunmazdır. Ulu Öndər Heydər Əliyev "Qadın – insanlıq tarixinin ən böyük qəhrəmanıdır. O, ailənin başçısı, cəmiyyətin əsas sütunlarından biridir." - deyirdi. Qadınlar dünayanı sevgi, əzmkarlıqları ilə yaxşılaşdırırlar. Qadınlar zərif, amma güclü varlıq olmaqla dünyamızı gözəldirirlər. Mustafa Kamal Atatürk deyirdi: "Ey qəhrəman türk qadını, sən yerə sürüklənməyə deyil, çiyinlərdə göylərə qalxmağa layiqsən".
Fidan Elturanqızı