Kaliforniyanın Santa Barbara Universitetinin tədqiqatçıları 10 min ildən sonra Yerin daha bir buz dövrünə qədəm qoyacağını proqnozlaşdırırlar. Bu barədə “Science” jurnalı məlumat yayıb.
Mütəxəssislərin fikrincə, hündürlüyü bir neçə kilometrə çata bilən nəhəng buzlaqlar Rusiyanın mərkəzi hissəsinə qədər yayıla bilər.
Alimlər bu qənaətə qlobal soyumanın keçmiş dövrlərini tədqiq edərək və onları Yer oxunun mailliyindəki dəyişikliklərlə əlaqələndirərək gəliblər. Bununla belə, onlar qeyd edirlər ki, təbii iqlim dövrləri artıq intensiv karbon qazı emissiyaları ilə pozulub və bu, gözlənilən soyumanı gecikdirə bilər.
Xatırladaq ki, bundan əvvəl Kardiff Universitetinin aspirantı Aydan Star bildirmişdi ki, alimlər son 1,5 milyon il ərzində Antarktika aysberqlərinin miqrasiya yollarını araşdırıblar. Onların fikrincə, növbəti genişmiqyaslı buzlaşmanın başlamasında bu proseslər əsas rol oynayacaq.
Nubar Süleymanova, “İki sahil”