11 mart 2025 10:33
174

Milli Məclisin üzvü Xanlar Fətiyev Bərdədə  vətəndaşları qəbul edib 

Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaşların problemlərinin öyrənilməsi, həlli  və məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Milli Məclisin deputatı Xanlar Fətiyev martın 10- da YAP Bərdə rayon təşkilatında və rayonun Hüseynalılar  kəndində vətəndaş qəbulu keçirib. 

“İki sahil” xəbər verir ki,  qəbul zamanı Xanlar Fətiyev vətəndaşların işıq, içməli su, suvarma kanallarının təmizlədilməsi,  körpü, işıq xətlərinin yenilənməsi və s. ümumi və həmçinin, vətəndaşların işlə təmin olunma və s. şəxsi problemləri ilə tanış olub, onların həllinə çalışıb.

Qəbulda vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar qəbulla bağlı razı qaldıqlarını bildirmiş, ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.