11 mart 2025 15:01
323

“SOS” MMC şəhid ailələri ilə birlikdə 8 Martı qeyd etdi - FOTO

8 Mart – Beynəlxalq Qadınlar Günü və Ramazan ayı münasibətilə “Security Operation Service” MMC-nin rəhbərliyi və əməkdaşları şəhid ailələri ilə birgə iftar süfrəsində bayramı qeyd ediblər.

“İki sahil” xəbər verir ki,  görüş zamanı Vətən müharibəsində, vətənin bütövlüyü uğrunda canlarından keçən igid oğulların şəhid ailə üzvlərinə xüsusi diqqət yetirilib, şəhidlərin ruhu hörmətlə anılıb.

Bəstəkar Mehriban Əhmədova və müğənni Aynur İskəndərli “Son Uçuş” mahnısını ifa edərək, tədbir iştirakçılarına duyğusal anlar yaşadıblar.

Onu da qeyd edək ki, tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev də,  iştirak edib.

“Security Operation Service” MMC-nin direktoru Anar Məmmədov qonaqları salamlayıb. O, şəhid ailələrinə və qonaqlara bayram günü münasibətilə hədiyyələr və gül dəstələri təqdim edib.

Qeyd edək ki, “SOS MMC” hər il bu ənənəsinə sadiq qalır.