13 mart 2025 01:25
104

Hörümçək zəhərindən yaradılan ağrıkəsici

Rusiyada “Thomisus onustus” cır hörümçəyinin zəhərindən əldə edilən maddələrə əsaslanan innovativ ağrıkəsicinin klinik sınaqları başa çatıb. Bunu “İzvestiya”ya Skolkovo rezident şirkətinin təsisçisi, “Gələcəyin analgetikləri” tədqiqat şöbəsinin rəhbəri Aleksandr Vasilevski deyib.

Tərtibatçılar qeyd edirlər ki, dərman nevropatik ağrıları olan insanlar üçün təsirli olacaq və bu növ ağrıların vəziyyətini yaxşılaşdıra biləcək. Klinik sınaqların bu il başlanması planlaşdırılır və yeni "Purotoxin-6" dərmanının 2029-cu ildə bazara çıxarılması nəzərdə tutulur.

Qeyd edilir ki, hazırda nevropatik ağrıların səbəblərinə təsir edə bilən yalnız bir dərman var. Bu dərman Avropa İttifaqı, Yaponiya və İsveçrədə qeydiyyata alınıb. Bununla yanaşı, bu dərmanın dad hisslərinin pozulması (disgeuziya) ilə ifadə olunan bir yan təsiri var.

"Purotoxin-6"nın effektivliyi çoxsaylı sınaqlarda sınaqdan keçirilib. Vasilevskinin fikrincə, yeni preparat disgeziyaya səbəb olmur və buna görə də yan təsirləri olmayan unikal analjeziklər sinfi kimi xidmət edə bilər. Yeni preparat, həmçinin daha effektiv, rahat və təhlükəsiz olduğunu sübut edə bilər.

Nəşr qeyd edir ki, yeni analjezikin hazırlanması maraqlı və perspektivli görünür. Lakin yeni dərmanın xüsusiyyətləri haqqında danışmaq üçün bütün klinik sınaqların nəticələrini gözləmək lazımdır. Bir sıra preklinik tədqiqatların nəticələri artıq “Molecular Therapy” jurnalında dərc edilmişdir.

Nubar Süleymanova, “İki sahil”