13 mart 2025 10:19
84

Dumanlı hava şəraiti sabaha qədər davam edəcək

Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin martın 13-ü saat 9:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yexlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.