13 mart 2025 13:15
149

Fərqində olmadan edilən səhvlər

Bədən dili şifahi olmayan ünsiyyət vasitəsidir və insanlara öz hiss və düşüncələrini bədənləri ilə qarşı tərəfə çatdırmaq imkanı verir.

"NTV Türkiyə" yazır ki, psixoterapevt Sofia Spencer Veryvell Mind ilə müsahibəsində bədən dili səhvlərinin bəzən anlaşılmazlıqlara səbəb ola biləcəyini bildirib.

Fərqində olmadan edilən 7 bədən dili səhvləri bunlardır:

1. Qolların kəsişməsi
Qolların kəsişməsi bədən dili ilə bağlı ən çox yayılmış səhvlərdən biridir. Spencer vurğulayır ki, bu davranış adətən “səbirsizlik” və ya “ünsiyyətsizlik” mesajını verir.

2. Narahat görünmək
Söhbət əsnasında daima hansısa əşya ilə  məşğul olmaq qarşı tərəfin diqqətini yayındıra bilər. Bu, çox vaxt "apatiya" və ya "narahatlıq" kimi qəbul edilə bilər. Bu cür hərəkətlər, xüsusilə autizm və DEHB kimi neyrodivergent fərdlərdə daha tez-tez müşahidə edilir.

3.  Diqqətini qarşındakı insana verməmək
Aktiv söhbət zamanı göz təması qurmamaq digər insanın ünsiyyət motivasiyasını azalda bilər. Bundan əlavə, söhbət zamanı telefonda olmaq ünsiyyətin dərinləşməsinə mane ola bilər.

4. Başın arxasına qoyulmuş əllər

Başınızı əlləriniz arasına söykəmək rahatlıq və ya dərin düşüncə əlaməti kimi qəbul edilə bilər, lakin bu bədən dili səhvi peşəkar mühitlərdə xoş qarşılanmır. 

5. Səliqəsiz duruş
Qabağa əyilmək və ya fərqli bir duruş qarşı tərəfdə söhbətinizə kifayət qədər diqqət yetirmədiyiniz təəssüratını yarada bilər. Bunun əvəzinə çiyinlərinizi geri çəkib dik durmalısınız. 

6.Təbilikdən uzaq bədən dili
Bədən dilindən necə istifadə etdiyinizə həddindən artıq diqqətli olmaq süni görünüş yarada bilər. Özünüzü ən təbii halınızda ifadə etməyə çalışarkən, səmimiyyətin təqlid edilməyən bir şey olduğunu unutmayın.

7. Həddindən artıq Ciddi İfadə
Aktiv dinləmə zamanı kiçik bir təbəssüm qarşı tərəfə “Sən dəyərlisən” mesajını göndərə bilər. Təbii ki, hər zaman gülümsəmək düzgün deyil, amma söhbətin mövzusuna uyğun mehriban olmaq ünsiyyəti gücləndirir. 

Bu bədən dili səhvlərindən qaçaraq daha təsirli və səmimi ünsiyyət qura bilərsiniz.

Fidan Fərmanlı,
BSU-nun tələbəsi