14 mart 2025 11:15
105

Yuşenko: Ukrayna sülhə hamıdan çox ehtiyac duyur, lakin şərtləri var

Ukraynanın sülhə hamıdan çox ehtiyacı var, lakin əsas şərt budur ki, sülh xalqımızı sındırmamalıdır.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın üçüncü prezidenti Viktor Yuşenkonun həyat yoldaşı Katerina Yuşenko XII Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı bildirib.

O vurğulayıb ki, hətta hökumət qəbuledilməz şərtlərə razı olsa belə, Ukrayna xalqı buna qarşı olacaq.

"Ukrayna xalqı demokratiyaya sadiqliyi ilə tanınır. Hətta ölkə Prezidenti Volodimir Zelenski bizə uyğun olmayan müəyyən kompromislərə getsə belə, biz sonadək mübarizə aparacağıq", - Yuşenko bildirib.

Onun sözlərinə görə, sülh yalnız Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və milli kimliyinin qorunması şərtilə mümkündür.