14 mart 2025 12:57
108

Qoz qabığından sənət əsəri yaradır...

Türkiyənin Kırklareli şəhərinin Babaeski rayonunda yaşayan ortopedik əlil, 63 yaşlı Melih Akın qoz qabıqları və təkrar emal materiallarından istifadə edərək suvenirlər hazırlayır.

"NTV Türkiyə" xəbər verir ki, Türkiyə Milli Təhsil Nazirliyində məmur kimi fəaliyyət göstərmiş Akın, 25 il əvvəl təqaüdə çıxaraq Babaeski rayonuna köçüb.  

Boş vaxtlarını dəyərləndirmək qərarına gələn Akın, Babaeski Gənclik Mərkəzinə gələrək babası və atasından öyrəndiyi qoz oyma sənətini burada davam etdirib.  

Qozun bir hissəsini kəsərək içini boşaldan Akın, qoz qabıqlarından bağlama, quş, quş yuvası və çanta kimi bəzək əşyaları hazırlayıb.  

Bəzi qoz qabıqlarının içinə isə tullantı materiallardan hazırladığı meyvə, quş və tarixi memarlıq  nümunəsi kimi miniatür fiqurlar yerləşdirib.

Fidan Fərmanlı,
BSU-nun tələbəsi